Xəzər Xəbər

Qazaxıstan Xəzərdə neft quyularının kəşfiyyatına başlayır

Dünya | 14:08 • 23 Sentyabr 2021
Qazaxıstan Xəzərdə neft quyularının kəşfiyyatına başlayır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin sahilində yerləşən Mangistau bölgəsində yeni neft və qaz quyularının kəşfiyyat işlərinə başlayacaqlarını açıqlayıb.

Ölkə başçısı zəngin neft və qaz ehtiyatlarına malik olan Mangistau vilayətinin sosial-iqtisadi inkişafını qiymətləndirərək geoloji kəşfiyyata qoyulan investisiyaların artacağını və yeni qazma işlərinin aparılacağını bildirib.

Kasım-Jomart Tokayev 2030-cu ilə qədər neft yataqlarının tədricən tükənməsi və neft hasilatının azalması ilə bağlı problemə toxunub.

Prezident bu problemi həll etmək üçün geoloji kəşfiyyata sərmayə qoymağı və yeni yataqların axtarışını, bu işdə ilin sonuna qədər yaradılacaq Milli Geoloji Kəşfiyyat İdarəsinin əhəmiyyətli yer tutacağını xüsusilə vurğulayıb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar