Xəzər Xəbər

Gürcüstanda bankomat partladılıb

Dünya | 14:01 • 23 Sentyabr 2021
Gürcüstanda bankomat partladılıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Martğopi kəndində bankomat partladılıb.

Hadisə gecə saatlarında baş verib. 

Məlumata görə naməlum şəxslər Ədliyyə Nazirliyinin İcma Mərkəzinin binasında yerləşən bankomatı soymaq məqsədi ilə partlayış törədiblər.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı cinayət işi başlanıb. (APA)

Xəbər lenti