Xəzər Xəbər

Ermənistanın xarici işlər naziri təyyarənin nasazlığı səbəbindən Düşənbəyə uça bilməyib

Dünya | 17:47 • 15 Sentyabr 2021
Ermənistanın xarici işlər naziri təyyarənin nasazlığı səbəbindən Düşənbəyə uça bilməyib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təyyarənin nasazlığı səbəbindən Düşənbəyə uça bilməyib.

“Sputnik Armenia”nın yaydığı xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Unanyan bildirib.

O bildirib ki, buna baxmayaraq, A. Mirzoyan sentyabrın 16-da Tacikistana yola düşəcək.

Qeyd edək ki, bu gün Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər və müdafiə nazirləri və təhlükəsizlik şuralarının katibləri Şurasının iclası keçirilib. İclasda Ermənistanın xarici işlər və müdafiə nazirləri iştirak etməyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti