Xəzər Xəbər

Putinlə Əsəd arasındakı görüşün DETALLARI AÇIQLANDI

Dünya | 10:45 • 14 Sentyabr 2021
Putinlə Əsəd arasındakı görüşün DETALLARI AÇIQLANDI

Suriyada qeyri-qanuni olaraq mövcud olan xarici silahlı qüvvələr ölkənin sabitlik yolu ilə irəliləməsinə imkan vermir.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşdə deyib.

Rusiya lideri bildirib ki, əsas problem xarici silahlı qüvvələrin BMT-nin qərarı olmadan Suriyada yerləşdirilməsidir: “Bu, beynəlxalq hüquqa açıq şəkildə ziddir. Bu qüvvələr sizin tələbəniz olmadan ölkənin müəyyən ərazilərində yerləşib. Bu isə ölkəni yenidən ayağa qaldırmaq üçün maksimum səy göstərmək, bütün ərazinin mümkün olacaq bir sürətdə qanuni hökumət tərəfindən nəzarət altına alınmasını təmin etmək və bu şəkildə irəliləmək yolunda əngəldir”.

V.Putin Bəşər Əsədlə görüşdə qeyd edib ki, Rusiya və Suriyanın birgə səyləri terrorçulara zərbə vurub, Suriya hökuməti ölkə ərazisinin 90 faizdən çoxuna nəzarət edir.

Rusiya lideri həmçinin Əsədin dialoq qurmaq üçün çox iş gördüyünü bildirib və bu prosesin davam edəcəyinə ümid etdiyini əlavə edib: “Bilirəm ki, bunun üçün çox şey edirsiniz, o cümlədən siyasi rəqiblərinizlə dialoq qurursunuz. Ümid edirəm ki, bu proses davam edəcək”.

Qeyd edək ki, Vladimir Putinlə Bəşər Əsədin görüşü Kremldə baş tutub./Publika.az 

Xəbər lenti