Xəzər Xəbər

Anasının nəşini bir il zirzəmidə saxlayıb - Məqsədi pensiyasını almaq olub İnanılmaz

Dünya | 11:17 • 14 Sentyabr 2021
Anasının nəşini bir il zirzəmidə saxlayıb - Məqsədi pensiyasını almaq olub

Avstriyanın Tirol bölgəsinin sakini anasının nəşini bir ildən çox zirzəmidə saxlayıb və bu yolla da dövlətdən ona düşən təqaüdünü mənimsəyib.

Bu barədə BBC News məlumat yayıb. Polis demansdan əziyyət çəkən 89 yaşlı qadının 2020-ci ilin iyun ayında təbii səbəblərdən öldüyünü üzə çıxarıb. 66 yaşlı oğlu mərhumun cəsədini evinin zirzəmisində gizlətmiş, qoxunu gizlətmək üçün buz paketləri və sarğılardan istifadə edirmiş. Aradabir üstünü pişik zibili ilə örtürmüş.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dediyinə görə, anasının ölümündən sonra kişi təxminən 50 min avro alıb. Bunu başqa gəliri olmaması səbəbindən etdiyini etiraf edib. Saxtakarlıq yeni poçtalyonun pensiyanı yalnız alan şəxsə vermək istəyindən sonra aşkar olunub. Poçtalyon hadisəni polisə bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə axtarış aparıb və zirzəmidə təqaüdçünün mumiyalanmış cəsədini tapıblar./Milli.Az 

Xəbər lenti