Xəzər Xəbər

Bayden üç ölkənin baş nazirini qəbul edəcək

Dünya | 10:10 • 14 Sentyabr 2021
Bayden üç ölkənin baş nazirini qəbul edəcək

ABŞ Prezidenti Co Baydenin sentyabrın 24 -də Vaşinqtonda Avstraliyanın Baş naziri Skott Morrison, Hindistanın Baş naziri Narendra Modi və Yaponiyanın Baş naziri Suqa Yoşihideni qəbul edəcəyi gözlənilir.

Bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, lidelər əlaqələrin dərinləşməsi, yeni növ koronavirus infeksiyası ilə mübarizə, iqlim böhranının aradan qaldırılması, yeni texnologiyalar, azad və açıq Hind-Sakit okean bölgəsinin təşviqi kimi sahələrdə praktiki əməkdaşlığın inkişafına diqqət yetirəcəklər.

Xatırladaq ki, ilk belə görüş bu ilin mart ayında videoformatda keçirilmişdi./Publika.az 

Rubrikanın digər xəbərləri

Xəbər lenti