Xəzər Xəbər

Həbsxanaya silahlı hücum nəticəsində 240 məhbus qaçıb

Dünya | 17:43 • 13 Sentyabr 2021
Həbsxanaya silahlı hücum nəticəsində 240 məhbus qaçıb

Nigeriyanın şimalında yerləşən Koqi ştatındakı həbsxanaya silahlı hücumdan sonra azı 240 məhbus qaçıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Channels Television” telekanalı islah müəssisələri xidmətinin nümayəndəsinə istinadla məlumat yayıb. Telekanalın məlumatına görə, naməlum silahlı şəxslər bazar günü yerli vaxtla gecə yarısı həbsxanaya hücum ediblər. Onlar mühafizəçilərlə atışmağa başlayıblar. Hücum zamanı həbsxanada 264 məhbus olub.

Hazırda qaçanların tapılaraq tutulması üzrə əməliyyat başlayıb, insidentin təhqiqatı aparılır.

Xəbər lenti