Xəzər Xəbər

Putin: Mənim özümə də tezliklə karantin lazım gələcək

Dünya | 17:02 • 13 Sentyabr 2021
Putin: Mənim özümə də tezliklə karantin lazım gələcək

Rusiya Prezidenti Vladimir Putin onun ətrafında çoxlarının koronavirusa yoluxduğunu, bu səbəbdən özünün də karantinə gedə biləcəyini söyləyib.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Vladimir Putin sentyabrın 13-də paralimpiyaçılarla söhbətində bildirib.

“Təəssüf ki, bizdə, hətta mənim çevrəmdə hazırda da bu kovidlə bağlı problemlər meydana çıxır, həkimlər öyrənirlər”, - deyə dövlət başçısı vurğulayıb.

Reallıqda nə baş verdiyini araşdırmaq lazım gəldiyini qeyd edən Rusiya Prezidenti deyib: “Mənim özümə də tezliklə karantin lazım gələcək, həddən çox insanlar xəstələnir”.

Xəbər lenti