Xəzər Xəbər

İranda zəlzələ oldu: Dağıntılar barədə məlumat verilmir

Dünya | 10:30 • 13 Sentyabr 2021
İranda zəlzələ oldu: Dağıntılar barədə məlumat verilmir

Sentyabrın 13-də İranın şimal-şərqində yerləşən Razavi Xorasan əyalətində 5,2 bal gücündə zəlzələ olub.

“Mehr” agentliyi xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Zəlzələnin episentri Goçan şəhərində yerləşib. Yeraltı təkanlar 6 km dərinlikdə baş verib. Bölgəyə xilasetmə qüvvələri cəlb edilib.

Təbii fəlakət nəticəsində ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat yayılmayıb. /Report

Xəbər lenti