Xəzər Xəbər

Çin liderinin Tibetə "gizli" səfəri - 30 ildən sonra bir ilk...

Dünya | 15:53 • 24 İyul 2021
Çin liderinin Tibetə "gizli" səfəri - 30 ildən sonra bir ilk...

Çin dövlət başçısı Si Cinpin siyasi problemlərin yaşandığı Tibet Muxtar Bölgəsinə səfər edib.

Si Cinpin son 30 ildə Tibetə səfər edən ilk dövlət başçısıdır.

Çin lideri bölgəyə iyulun 21-də gedib, bu günə qədər oradadır. Ziyarətin həssaslığı nəzərə alınaraq mətbuata öncədən bilgi verilməyib.

Dövlət televiziyasında yayımlanan görüntülərdə Tibetdə təyyarədən enən Si Cinpini etnik libasda Çin bayrağı tutan kütlə qarşılayır.

Si sürgündə olan Tibetin ruhani lideri Dalay Lamanın evinin olduğu paytaxt Lhasadakı saraya da baş çəkib.

Si Cinpin 10 il əvvəl Tibetdə dövlət başçısının müavini kimi olub.

Çinin dövlət rəhbəri olaraq bölgəni sonuncu dəfə 1990-cı ildə Jianq Zemin ziyarət edib./Teleqraf.com

Xəbər lenti