Xəzər Xəbər

Zelenski Rusiyanın ən varlı qadınına sanksiya tətbiq etdi

Dünya | 16:14 • 24 İyul 2021
Zelenski Rusiyanın ən varlı qadınına sanksiya tətbiq etdi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ən varlı qadını sayılan Tatyana Bakalçuka qarşı iqtisadi sanksiyaların tətbiq olunması barədə sərəncam imzalayıb.

Bu barədə “İnterfax Ukraina” agentliyi məlumat yayıb. Tatyana Bakalçuk Rusiyada populyar “Wildberries” internet mağazasının sahibidir. Prezidentin sərəncamında sanksiyaların müddətinin 3 il olacağının nəzərdə tutulduğu göstərilib.

Qeyd etmək lazımdır ki, Ukrayna hakimiyyəti “Wildberries” firmasının Polşa, Ermənistan, Belarus, Qırğızıstan və Qazaxıstan kimi ölkələrdəki filiallarından gələ biləcək məhsullarını da yasaqlayıb.

Ukrayna tərəfdən gələn məlumata görə, sanksiyalar Tatyana Bakalçukun ölkənin işğal altında olan ərazilərində geniş ticarət fəaliyyəti yürütməsi ilə bağlıdır. Sənədə əsasən, şirkətin Ukrayna ərazisində daşıma, tranzit və uçuşlar həyata keçirməsi yasaqlanır.

Tatyana Bakalçuk (qızlıq familyası Kim) Koreya əsillidir. 2005-ci ildə o, əri Vladislav Bakalçukla bilirkdə “Wildberries” şirkətini qurub. Təkcə bu ilin əvvəlindən şirkət 443 milyon dollar pul qazanıb. Hazırda fimanın dəyəri 10 milyard dollara yaxındır. Tatyana Bakalçukun şəxsi sərvəti isə 1,4 milyard dollardan çoxdur./Musavat.com

Xəbər lenti