Xəzər Xəbər

600 min insana xəbərdarlıq mesajı göndərildi: Təhlükə var evdən çıxmayın

Dünya | 13:02 • 23 İyul 2021
600 min insana xəbərdarlıq mesajı göndərildi: Təhlükə var evdən çıxmayın

İngiltərə və Uelsdə COVID-19 tətbiqindən istifadə edən 600 min nəfərə xəbərdarlıq mesajı göndərilib.

Mesajda insanlara özünü təcrid etməyin vacibliyi barədə xəbərdarlıq edilib.

Məlumata görə, Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım olması hökumətin əhalini xəbərdar etməsinə səbəb olub. Bildirilir ki, minlərlə insan artıq özünü təcrid edib. Bu isə krallıqda işçi qüvvəsi ilə bağlı böyük problemlər yaradır.

İnsanlar işə çıxmadığına görə, mağazalar məhsullarla təmin edilə bilmir. Qıtlıq təhlükəsi yaranıb./Metbuat.az

Xəbər lenti