Xəzər Xəbər

İsraildə aktiv koronavirus xəstələrinin sayı açıqlandı

Dünya | 09:49 • 22 İyul 2021
İsraildə aktiv koronavirus xəstələrinin sayı açıqlandı

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 389 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 855 552 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 2 nəfər ölüb və ölənlərin ümumi sayı 6 454 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 839 964 nəfəri sağalıb, aktiv xəstələrin sayı 9 134 nəfərə qədər artıb./Publika.az 

Xəbər lenti