Xəzər Xəbər

Türkiyədə ard-arda iki dəfə ZƏLZƏLƏ OLDU

Dünya | 570 | 10:03 • 22 İyul 2021
Türkiyədə ard-arda iki dəfə ZƏLZƏLƏ OLDU

Egey dənizində ard-arda iki dəfə - 4 və 4.2 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, birinci yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 03:48-də, ikinci isə 04:20-də İzmir şəhərinin Karaburun rayonu sahillərinə yaxın bölgədə baş verib.

Zəlzələlərin ocağı 23.10 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib./Publika.az 

Xəbər lenti