Xəzər Xəbər

Hindistanda bu il ilk dəfə quş qripindən adam öldü

Dünya | 525 | 15:45 • 21 İyul 2021
Hindistanda bu il ilk dəfə quş qripindən adam öldü

Hindistanda 2021-ci ildə ilk dəfə bir nəfər quş qripindən ölüb: 11 yaşlı uşaq vəfat edib.

Bu barədə "Indian Express" qəzeti Ümumhindistan Tibb Elmləri İnstitutundakı mənbəyə istinadən məlumat yayıb.

Uşaq ayın əvvəlində xəstəxanaya yerləşdirilib, iki həftədən çox xəstəxanada yatdıqdan sonra iyulun 20-də ölüb. Oğlanla təmasda olan klinikanın işçiləri təcrid olunublar.

Daha əvvəl insanın H5N6 serotipli quş qripi virusuna yoluxması halı Çinin cənub-qərbindəki Sıçuan əyalətində qeydə alınmışdı. Baçjun şəhərinin 55 yaşlı sakini yoluxmuşdu. İyunun 30-da kişinin temperaturu kəskin şəkildə qalxmış, iyulun 4-də o, xəstəxanaya yerləşdirilmiş, iki gün sonra isə yerli səhiyyə işçiləri onun H5N6 virusuna yoluxduğunu təsdiqləmişdilər.

Xəbər lenti