Xəzər Xəbər

Putin və Bayden arasında görüş başa çatdı - İLKİN RAZILAŞMALAR

Dünya | 20:23 • 16 İyun 2021
Putin və Bayden arasında görüş başa çatdı - İLKİN RAZILAŞMALAR

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında baş tutan görüş bitib.

ABŞ və Rusiya prezidentləri Co Baydenlə Vladimir Putin arasında geniş tərkibli və məhdud tərkibdə baş tutan görüşlər fasilə də daxil olmaqla 4 saat yarım davam edib.

"Anadolu" agentliyi xəbər verir ki, görüş zamanı hər iki lider arasında ilkin razılaşmalar əldə olunub. Belə ki, V.Putin məsləhətləşmələr üçün geri çağırılan ABŞ və Rusiya səfirlərinin yenidən vəzifələrinin icrasına başlaması ilə bağlı Baydenlə razılaşma əldə edildiyini açıqlayıb.

Bundan başqa, Rusiya lideri amerikalı məhkumların ölkələrinə təhvil verilə biləcəyini də bildirib.

"Bayden ilə kibertəhlükəsizlik sahəsində məsləhətləşmələrə başlanılması ilə bağlı razılaşdıq. Bu çox vacibdir", - deyə V.Putin əlavə edib.

 

 

Xəbər lenti