Xəzər Xəbər

Seçkilərdən sonra Ermənistanda toqquşmalar istisna deyil - Koçaryan

Dünya | 14:00 • 15 İyun 2021
Seçkilərdən sonra Ermənistanda toqquşmalar istisna deyil - Koçaryan

İyunun 20-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra insanların küçəyə çıxması və toqquşmalar istisna olunmur.

Erməni KİV-nin yaydığı məlumata görə, bunu ölkənin sabiq prezidenti Robert Koçaryan deyib.

O bildirib ki, seçki komissiyası öz işini dəqiq yerinə yetirsə, hər hansı bir ciddi fəsadlardan qaçmaq mümkün olacaq:

"Əlbəttə, toqquşmalar hadisələrin inkişafının xoşagəlməz variantı olsa da, bunu tamamilə istisna etmək olmaz".

Xəbər lenti