Xəzər Xəbər

İbrahim Kalın Şuşa səfərindən yazdı: Qafqazın tarixi yenidən yazılır

Dünya | 13:31 • 15 İyun 2021
İbrahim Kalın Şuşa səfərindən yazdı: Qafqazın tarixi yenidən yazılır
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Şuşa səfərindən yazıb.
 
O, bununla bağlı "Twitter” hesabında paylaşım edib.
 
"NATO zirvəsinin ardınca Azərbaycanın tarixi və mədəniyyət mərkəzi Şuşaya gedirik. Qarabağ zəfərini taclandıran bu səfər Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirəcək və dərinləşdirəcək. Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır”, - deyə Kalın qeyd edib.

Xəbər lenti