Xəzər Xəbər

Böyük Britaniyada koronavirusun Hindistan variantı surətlə yayılır

Dünya | 15:41 • 17 May 2021
Böyük Britaniyada koronavirusun Hindistan variantı surətlə yayılır

Böyük Britaniyada koronavirusun Hindistan variantı surətlə yayılır.

Britaniyanın səhiyyə naziri Met Hankok, Hindistan variantı olaraq tanınan koronavirus mutasiyasının Krallıqda surətlə yayıldığını açıqlayıb.

Hankok Hindistan variantının Krallıqda dominant COVID mutasiyası halına gələcəyini bildirib.

O, həmçinin əlavə edib ki, aparılan araşdırmalar zamanı tətbiq olunan peyvəndlərin yeni mutasiyanın üzərində təsirli olduğu öyrənilib. Nazir vətəndaşları peyvənd olunmağa və qaydalara əməl etməyə çağırıb.

Krallıqda Hindistan variantına yoluxanların sayının artması nəticəsində karantin rejiminin mərhələli şəkildə aradan qaldırılması üçün hazırlanan plan dayandırılıb.

Qeyd edək ki, Xalq Sağlamlıq Mərkəzi ötən həftə aşkarlanan Hindistan variantına yoluxanların sayının 313 min nəfəri keçdiyini açıqlamışdı. (AZƏRTAC)

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti