Xəzər Xəbər

ABŞ-da koronavirusdan ölənlərin sayı 600 min nəfəri ötüb

Dünya | 15:34 • 17 May 2021
ABŞ-da koronavirusdan ölənlərin sayı 600 min nəfəri ötüb

Mayın 16-da ABŞ-da koronavirusa 17 min 834 yoluxma faktı qeydə alınıb, 289 nəfər isə COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

Pandemiyanın statistikasını aparan "Worldometer" saytında yer alan xəbərə görə, Birləşmiş Ştatlarda koronavirus qurbanlarının sayı ümumilikdə 600 min 147 nəfərə çatıb.

İndiyədək ABŞ-da koronavirusa 33 milyon 715 min yoluxma halı aşkarlanıb, 27 milyon 136 min xəstə isə sağalıb. Hazırda müalicəsi davam edən 5 milyon 979 min 784 xəstədən 7 min 971 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Kaliforniya ştatı COVID-19 infeksiyasına yoluxanların sayına görə ilk pillədə qərarlaşıb - 3 milyon 768 min nəfər. Texasda 2 milyon 934 min, Floridada 2 milyon 292 min, Nyu-Yorkda 2 milyon 135 min, İllinoysda isə 1 milyon 366 min yoluxma qeydə alınıb. Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının miqdarına görə dünyada ilk yerdə qərarlaşıb.

Qeyd edək ki, 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti