Xəzər Xəbər

Alimlərdən şok açıqlama: Dünyada koronavirusdan real ölüm nisbəti iki qat yüksək ola bilər

Dünya | 10:24 • 7 May 2021
Alimlərdən şok açıqlama: Dünyada koronavirusdan real ölüm nisbəti iki qat yüksək ola bilər

“Dünyada koronavirus səbəbindən ölənlərin sayı mövcud rəsmi məlumatlardan iki dəfədən çox ola bilər”.

ABŞ-ın Vaşinqton Universitetinin Amerika Sağlamlıq və qiymətləndirmə İnstitutunun alimləri bu qənaətə gəliblər.

İnstitutun saytında dərc edilmiş tədqiqat nəticələrinə görə, dünyada 6.9 milyon insan koronavirusun səbəb olduğu xəstəlikdən ölüb, lakin mövcud hesablamalar, təqribən 3.2 milyon qeyd edilir.

Tədqiqatçılar əvvəlki illərdə ölkələrə üzrə ölümləri koronavirus pandemiyası səbəbindən ölənlərin sayı ilə müqayisə ediblər.

Elm adamları pandemiyanın trafik sıxlığının azalması və ölümlə nəticələnən qəzaların sayəsində insanların xilas olmasına gətirib çıxara biləcəyini də vurğulayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti