Xəzər Xəbər

Evində ölü tapılan qadın diplomatın məktubu tapılıb

Dünya | 14:59 • 6 May 2021
Evində ölü tapılan qadın diplomatın məktubu tapılıb

İsveçrənin İrandakı səfirliyinin 51 yaşlı əməkdaşı Silviya Bronerin intihar etməsi faktı təsdiqlənib.

Polisin qadın diplomatın yaşadığı evdə apardığı axtarışlar nəticəsində onun tərəfindən yazılmış məktub tapılıb. S.Broner məktubda öləndən sonra nəşinin Vətəninə aparılmasını və oğlunun yanında dəfn olunmasını vəsiyyət edib. O, bank hesabındakı pulunu və daşınmaz əmlakını 21 yaşlı digər oğluna vəsiyyət edib.

Həyat yoldaşından ayrılan S.Bronerin iki oğlundan birinin gənc yaşlarında vəfat etdiyi, onun Tehranda tək yaşadığı müəyyənləşib.

Qeyd edək ki, İsveçrənin Tehrandakı səfirliyinin birinci katibi Silviya Broner üç gün əvvəl Tehranın Kamraniyə rayonundakı çoxmərtəbəli binanın damından özünü ataraq intihar edib. (AZƏRTAC)

Xəbər lenti