Xəzər Xəbər

Türkiyə XİN İsrailə başsağlığı verib

Dünya | 16:38 • 30 Aprel 2021
Türkiyə XİN İsrailə başsağlığı verib

Türkiyə Xarici İşlər Nazirliyi aprelin 30-na keçən gecə Meron dağında Laq ba-Omer dini bayramında baş vermiş faciə ilə əlaqədar İsrailə başsağlığı verib.

Xezerxeber.az xəbər verir ki, Türkiyə XİN-in bununla bağlı açıqlamasında deyilir: “Bu kədərli hadisə ilə əlaqədar İsrail xalqına və hökumətinə başsağlığımızı çatdırır, yaralılara təcili şəfa diləyirik”.

Qeyd edək ki, bayram mərasimində tribunanın çökməsi nəticəsində basırıq yaranıb. Mərasimdə 100 mindən çox insan iştirak edib. Ən son məlumata görə, hadisə nəticəsində aralarında uşaqlar da olmaqla, 44 nəfər həyatını itirib, azı 150 nəfər yaralanıb.

Xəbər lenti