Xəzər Xəbər

Litva xarici işlər naziri Azərbaycana gəlir

Dünya | 17:52 • 28 Aprel 2021
Litva xarici işlər naziri Azərbaycana gəlir

Litvanın Xarici İşlər naziri Qabrielius Landsbergis aprelin 29-da Azərbaycana səfər edəcək.

Litvanın Azərbaycandakı səfirliyindən bildirilib ki, iki günlük səfər zamanı Q.Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramov, habelə iqtisadiyyat naziri, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Mikayıl Cabbarovla görüşəcək.

Litva XİN rəhbərinin Bakıda həmçinin Litva tatarlarına həsr olunmuş sərginin açılışında iştirak edəcəyi gözlənilir.

Xəbər lenti