Xəzər Xəbər

ABŞ Rusiyaya dost olmayan dövlətlər arasındadır

Dünya | 19:18 • 25 Aprel 2021
ABŞ Rusiyaya dost olmayan dövlətlər arasındadır

Rusiya dost olmayan ölkələrin siyahısını hazırlamaq üçün işə başlayıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rusiya-1" telekanalının efirində məlumat verib.

O deyib ki, bu anda ABŞ sözügedən siyahıda görünür: "Bildiyiniz kimi, bir gün əvvəl Rusiya Federasiyası Prezidenti Vladimir Putinin bir fərmanı dərc olundu. Bu sənəddə onsuz da mövcud olan federal qanunların tətbiqi üçün bir sıra tədbirlər var. Buna görə indi dost olmadığı elan edilən dövlətlər, diplomatik və konsulluq nümayəndəlikləri Rusiya Federasiyası vətəndaşları arasından işçilər cəlb edə bilməz. Müvafiq fərmanın icrasını təmin etmək üçün indi hökumət adından fərmanın çıxarılmasını gözləyirik. Bəs bu dost olmayan dövlətlər kimlərdir? İndi siyahı hazırlanır. Anladığımız kimi, bütün bunlar ABŞ-ın dost olmayan hərəkətləri ilə başladı. Əlbəttə ki, siyahıda artıq ABŞ görünür”.

Xəbər lenti

Çox oxunanlar