Xəzər Xəbər

Paşinyana qarşı etiraz aksiyaları ilə bağlı cinayət işi başlanıb

Dünya | 18:09 • 21 Aprel 2021
Paşinyana qarşı etiraz aksiyaları ilə bağlı cinayət işi başlanıb

Ermənistanın Baş Prokurorluğu tərəfindən Baş nazir Nikol Paşinyanın Syünik vilayətinə səfərinə qarşı baş vermiş etiraz aksiyaları ilə bağlı cinayət işi başlanıb.  

TASS-ın yaydığı xəbərə görə, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün N. Paşinyanın ölkənin cənubuna, Syünik vilayətinə səfəri etirazla qarşılanıb. Bir qrup sakin Ermənistan hökumət başçısının Mehri şəhərini tərk etməsini tələb edib. N. Paşinyanı dəstəkləyən sakinlərlə etirazçılar arasında toqquşma baş verib.

Xəbər lenti

Çox oxunanlar