Xəzər Xəbər

Gürcüstanda sərt karantin rejimi yenidən tətbiq oluna bilər

Dünya | 18:41 • 17 Aprel 2021
Gürcüstanda sərt karantin rejimi yenidən tətbiq oluna bilər

Gürcüstanda koronavirusla əlaqədar sərt karantin rejimi yenidən tətbiq oluna bilər.

Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze söyləyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə ölkədəki epidemioloji vəziyyətdə gərginlik müşahidə olunur: "Əgər vəziyyət belə davam edərsə və gündəlik yoluxma halı 4 faizi keçərsə, karantin və sərtləşmə barədə düşünmək məcburi olacaq".

Xəbər lenti