Xəzər Xəbər

Şahzadə Filip dəfn edlib

Dünya | 19:31 • 17 Aprel 2021
Şahzadə Filip dəfn edlib

Vindzor qəsrində Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu Filippin dəfn edilib.

Yerli KİV-lər xəbər verir ki, vida mərasiminə birbaşa yayım həyata keçirən operatorlardan başqa heç bir jurnalist buraxılmayıb.

Yerli vaxtla saat 14:41-də mərhumun tabutu qəsrdən yola salınıb. Tabutu kraliça və şahzadənin oğulları, nəvələri, həmçinin kral ailəsinin digər üzvləri və mərhum şahzadənin saray əməkdaşları müşayiət edib.

Müqəddəs Georgi kilsəsi qarşısında keçirilən kiçik mərasim zamanı mərhum bir dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, Şahzadə Filipp aprelin 9-da yüz illik yubileyinə iki ay qalmış vəfat edib. O, kraliça II Elizabet ilə 73 il evli olub. Onun 4 övladı, 8 nəvəsi və 10 nəticəsi var.

Xəbər lenti