Xəzər Xəbər

ABŞ Rusiyanın əks tədbirlərinə cavab vermək hüququnu özündə saxlayır açıqlama

Dünya | 09:45 • 17 Aprel 2021
ABŞ Rusiyanın əks tədbirlərinə cavab vermək hüququnu özündə saxlayır

“Eskalasiya dövrünə daxil olmaq bizim maraqlarımıza uyğun deyil, lakin Rusiyanın ABŞ-a qarşı hər hansı bir cavab tədbirinə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Qeyd edilib ki, Rusiya Federasiyası ABŞ-ın sanksiyalarına cavab olaraq hərəkətə keçəcək, lakin biznesə qarşı tədbirləri "ehtiyatda" saxlayacaq: “Rusiyaya qarşı tətbiq olunan son sanksiyalarımız mütənasibdir və Rusiyanın zərərli fəaliyyətləri ilə şərtlənir. Rusiya hökumətinin son açıqlaması təəssüf doğurur”.

Xəbər lenti