Xəzər Xəbər

Böyük Britaniya ilə Avropa İttifaqı arasında danışıqlar yenidən başlayıb

Dünya | 10:12 • 17 Aprel 2021
Böyük Britaniya ilə Avropa İttifaqı arasında danışıqlar yenidən başlayıb

Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında danışıqlar yenidən başlayıb.

Buna səbəb Şimali İrlandiyada günlərlə davam edən etiraz aksiyaları olub.

Avropa Komissiyasının sədr müavini Maros Sefcovic Britaniya tərəfindən danışıqları aparan Devid Frostu qəbul edib.

Danışıqlar zamanı Britaniyanın Şimali İrlandiyadakı ticarət qaydalarını təkbaşına dəyişdirməməli olduğu və blokun bölgədəki hərəkət qaydaları ilə bağlı lazımi işlər görəcəyi açıqlanıb.

Maros Sefcovic yalnız Brexit müqaviləsi ilə qurulan ortaq qurumların Şimali İrlandiyada sabitliyi təmin edə biləcəyini söyləyib. Tərəflər aralarında qaranlıq qalan məsələlərin danışıqlar yolu ilə həll olunacağına ümid etdiklərini bildiriblər.

Xatırladaq ki, Şimali İrlandiyada 12 gün polislə etirazçılar arasında qarşıdurma baş verib. Gərginliyə səbəb Birləşmiş Krallıq və Aİ arasında Brexit razılaşmasının yaratdığı qeyri-müəyyənlik idi.

Xəbər lenti