Xəzər Xəbər

Çavuşoğlu: Yunanıstanla bütün problemləri müzakirə etməyə hazırıq

Dünya | 11:30 • 15 Aprel 2021
Çavuşoğlu: Yunanıstanla bütün problemləri müzakirə etməyə hazırıq

“Yunanıstanla bütün problemləri müzakirə etməyə hazırıq”. 

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

O bildirib ki, Türkiyə və Yunanıstan arasında dialoqun aparılması üçün üçüncü tərəfə ehtiyac yoxdur.

M. Çavuşoğlu bu gün Yunanıstan XİN başçısı Nikos Dendiasın Ankaraya səfər edəcəyini xatırladıb./apa

Xəbər lenti