Xəzər Xəbər

Hindistanda COVID-19 infeksiyasına yoluxma sayı sürətlə artır

Hindistanda sutkalıq yoluxanların sayı ilk dəfə 200 minə yaxın olub
Dünya | 11:12 • 15 Aprel 2021
Hindistanda COVID-19 infeksiyasına yoluxma sayı sürətlə artır

Hindistanda son sutkada 199 376 nəfərdə koronavirus aşkarlanıb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bu, Hindistanda COVID-19-a yoluxma ilə bağlı rekord göstərici sayılır. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 14 milyon nəfəri ötüb.

Son sutkada virusdan 1 000-dən çox insan ölüb. Bununla da COVID-19-un qurbanlarının ümumi sayı 173 mini ötüb.

İndiyə qədər 12,4 milyondan çox pasiyent koronavirusdan sağalıb. Virusa yoluxan 1,4 milyondan çox pasiyentinn müalicəsi davam edir./report

Xəbər lenti