Xəzər Xəbər

İran uranın 60 %-dək zənginləşdirilməsinə başlayır

Dünya | 16:25 • 14 Aprel 2021
İran uranın 60 %-dək zənginləşdirilməsinə başlayır

İran uranın 60% səviyyəsinədək zənginləşdirilməsinə start verir.

Bu barədə IRNA ölkənin XİN rəhbərinin müavini Abbas Arakçıya istinadən məlumat yayıb.

Məlumata əsasən, prosesə aprelin 14-dən etibarən başlanılacaq.

İran tərəfi müvafiq qərarı barədə artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə xəbərdarlıq məktubu göndərib.

Qərarın Nətənz nüvə obyektindəki terror aktından sonra qəbul edilməsi də diqqətdən qaçmayıb./oxu.az

Xəbər lenti