ABŞ prezidenti Cozef Bayden Pentaqona hərbi qüvvələrin bir hissəsinin Fars körfəzindən geri çəkilməsinə başlanmasını tapşırıb.
Bu barədə “Wall Street Journal” qəzeti adı açıqlanmayan amerikalı rəsmilərə istinadən yazıb.
“Prezident Bayden ABŞ-ın qlobal hərbi mövcudluğunun oriyentasiyasının Yaxın Şərqdən uzaqlaşması üzrə ilk addımlar çərçivəsində hərbi qüvvələrin bir hissəsinin Fars körfəzi regionundan çıxarılmasına başlamaq təlimatı verib”, - qəzet yazır.
Qeyd olunur ki, bu strategiya çərçivəsində ABŞ artıq “Patriot” zenit-raket komplekslərinin azı üç batareyasının, o cümlədən bir neçə il əvvəl ABŞ ordusunu qorumaq üçün Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasında yerləşdirilən batareyanın yerini dəyişdirib./report