Xəzər Xəbər

Ermənistan prezidenti ikinci pasportunu gizlətməkdə qınanılır

Dünya | 22:19 • 30 Mart 2021
Ermənistan prezidenti ikinci pasportunu gizlətməkdə qınanılır

Ermənistan prezidenti Armen Sarkisyan vəzifəyə başlayarkən ikinci vətəndaşlığını gizlətdiyi üçün qınaq hədəfinə çevrilib.

“RİA Novosti” xəbər verir ki, Ermənistan Vəkillər Palatasının sədri Ara Zöhrabyan 53 vəkilin bu barədə Baş Prokurorluğa müraciət etdiyini feysbukdan bildirib.

Belə ki, həmin ərizəyə görə, A.Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşı olub və bununla da o, prezident seçilən şəxsin əvvəlki 6 il ərzində yalnız Ermənistan vətəndaşlığı daşımasına dair qanunun müddəasını pozub.

“Armen Sarkisyan yalnız Böyük Britaniya vətəndaşlığına 2012-ci ilin 1 mart tarixinədək xitam verilməsi halında Ermənistan prezidenti seçilə bilərdi”, - hüquqşünas vurğulayıb./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti