Xəzər Xəbər

ÜST - Koronavirusa günlük yoluxma 565 mini ötdü

Dünya | 08:55 • 29 Mart 2021
ÜST - Koronavirusa günlük yoluxma 565 mini ötdü

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 565 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 565 997 nəfər yeni koronavirusa yoluxub, 9 997 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 126 359 540, ölənlərin isə 2 769 473 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər lenti