Xəzər Xəbər

Türkiyə və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Dünya | 18:01 • 25 Mart 2021
Türkiyə və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə H.Akar jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, danışıq əsnasında Suriyadakı qanun pozuntuları müzakirə edilib. Oradakı terror qruplarının qısa müddətdə nəzarət altına alınması və onlara qarşı bir sıra mübarizə tədbirlərinin qüvvəyə minməsinin zəruriliyi ifadə edilib. Nazir bununla bağlı rusiyalı həmkarı ilə həmfikir olduqlarını bildirib.

Bundan əlavə, H.Akar açıqlamasında bu il martın 1-dən indiyədək, əsasən Suriyanın şimalında 200-dən çox terrorçunun zərərsizləşdirildiyini qeyd edib.

Xəbər lenti