Xəzər Xəbər

Putin sabah peyvənd olunacaq

Dünya | 17:46 • 22 Mart 2021
Putin sabah peyvənd olunacaq

Rusiya Prezidenti Vladimir Putin sabah koronavirusa qarşı peyvənd olunacaq. 

Koronavirusa qarşı peyvənd istehsalının artırılması barədə müşavirədə çıxış edən V. Putin bildirib ki, vaksinasiya hər kəsin şəxsi seçimidir: “Yeri gəlmişkən, mən sabah koronavirusa qarşı peyvənd olunmaq niyyətindəyəm”. 

Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, V. Putin Rusiyada istehsal olunan 3 peyvənddən biri ilə peyvənd olunacaq. 

Vaksinasiya prosesi geniş işıqlandırılmayacaq. /apa

Xəbər lenti