Xəzər Xəbər

Qvineyada Ebola qızdırmasından ölənlərin sayı artır

Qvineyada Ebola qızdırmasından ölənlərin sayı 9-a çatıb.
Dünya | 15:38 • 6 Mart 2021
Qvineyada Ebola qızdırmasından ölənlərin sayı artır

Qvineyada Ebola qızdırmasından ölənlərin sayı 9-a çatıb.

Bu barədə Dünya Səhiyyə Təşkilatının Afrika regional nümayəndəliyi bildirib.

“Hazırda Ebola vurusuna yoluxanlar 18 nəfərdən 9-u ölüb. Həmçinin səhiyyə qurumları yoluxanlarla təmasda olmuş 523 nəfəri müəyyənləşdirib ki, bu da onların ümumi sayının 82 faizidir. Həmçinin 1 604 nəfər peyvənd olunub”, – açıqlamada qeyd olunur.

Qvineyada Ebola virusuna ilk yoluxma hadisəsi Nzerekore regionundakı Quekedu şəhərində bir tibb bacısında qeydə alınıb. Həmin xanım yanvarın 28-də dünyasını dəyişib.

Həmçinin sözügedən ərazidən xeyli uzaqda, Konqo Demokratik Respublikası Şimali Kivu əyalətində də Ebola qızdırmasına 11 yoluxma, o cümlədən 4 ölüm hadisəsi qeydə alınıb. Həmin bölgədə 958 nəfər peyvəndlənib.

Qərbi Afrika ölkələrində 2014-2016-cı illərdə geniş yayılan Ebola qızdırması nəticəsində 11 mindən çox insan dünyasını dəyişib./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti