Yunanıstandakı bu zəlzələ İzmirdəki fayları tərpədə bilər.
XəzərXəbər Axar.az-a istinadla xəbər verir ki, bu sözləri türkiyəli geoloq Həsən Sözbilir deyib.
Son 1 ildə bölgədə zəlzələ aktivliyinin artdığını deyən geoloq Krit adasından keçən böyük faylardan danışıb: "Egey dənizində, Kirit adası ilə Mərmərə dənizi arasındakı bölgədə ciddi seysmik aktivlik var. Bölgə ciddi gərginlik altınadır".
Qeyd edək ki, ötən gün Yunanıstanın Larisa şəhərində 6,2 və 5 bal gücündə iki ardıcıl zəlzələ olub.