Xəzər Xəbər

Ermənistan prezidenti Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüşüb

Dünya | 16:13 • 3 Mart 2021
Ermənistan prezidenti Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüşüb

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb.

"Sputnik Armenia"nın verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rəsmilər son hadisələrin yaratdığı gərgin vəziyyəti müzakirə ediblər.
 
Verilən qərarlardan asılı olmayaraq, ölkənin təhlükəsizliyi və sabitliyinin birinci dərəcəli olduğu vurğulanıb.

Xəbər lenti