Xəzər Xəbər

Mövlud Çavuşoğlu: Qafqazda sabitlik Türkiyə üçün çox əhəmiyyətlidir

Dünya | 15:07 • 3 Mart 2021
Mövlud Çavuşoğlu: Qafqazda sabitlik Türkiyə üçün çox əhəmiyyətlidir

Bakıda keçirilməsi nəzərdə tutulan, lakin Gürcüstan baş verən hökumət dəyişikliyinə görə təxirə salınan Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının 9-cu üçtərəfli görüşünü ən qısa zamanda keçirəcəyik.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında bildirib. 

Mövlud Çavuşoğlu əlavə edib ki, Türkiyə regionda davamlı sülh üçün dövlətlərin ərazi bütövlüyü məsələsinə əhəmiyyət verir: "Qafqazda sabitlik bizim üçün çox əhəmiyyətlidir. Biz Azərbaycanın ərazi bütövlüyünü necə dəstəkləyiriksə, Gürcüstanın da ərazi bütövlüyünü o cür güclü şəkildə dəstəkləyirik”.

Xəbər lenti