Xəzər Xəbər

Son 6 ayda ilk: Ərdoğanla Makron danışıqlar aparacaq

Dünya | 11:18 • 2 Mart 2021
Son 6 ayda ilk: Ərdoğanla Makron danışıqlar aparacaq

Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı günü axşam saatlarında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla videokonfrans formatında danışıqlar aparacaq.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Frace-Presse" agentliyi Makron administrasiyasına istinadən xəbər verir.

Məlumata əsasən, bu, iki liderin son yarım ildə birinci danışıqları olacaq. Videokonfrans yerli vaxtla saat 18:00-a planlaşdırılıb, onun nə qədər davam edəcəyi məlum deyil.  

Agentlik danışıqlar zamanı hansı məsələlərin qaldırılacağını dəqiqləşdirmir, lakin iki lider arasında olan çoxsaylı fikir ayrılığı və qiyabi polemika barədə xatırladır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti