Xəzər Xəbər

Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam

Dünya | 14:11 • 1 Mart 2021
Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam

Ermənistanın baş naziri Nikol Paşinyan "İskəndər" raket komplekslərinin səmərəliliyi barədə yanlış məlumatlandırılıb.

Erməni mediasının məlumatına görə, bunu baş nazirin mətbuat katibi Mane Gevorkyan deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl yerli mətbuata müsahibəsində Qarabağ müharibəsi dövründə atılan "İskəndər" raketinin yalnız 10 faiz gücündə partladığını açıqlamışdı.

Mətbuat katibi bildirib ki, N.Paşinyana bu barədə qeyri-dəqiq məlumat çatdırılıb. Baş nazir bunu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı etiraf edib.

Xəbər lenti