Xəzər Xəbər

Böyük Britaniyada Braziliya ştammı aşkarlandı

Dünya | 09:48 • 1 Mart 2021
Böyük Britaniyada Braziliya ştammı aşkarlandı

Böyük Britaniyada altı nəfərdə yeni növ koronavirus infeksiyasının Braziliyada yayılan ştammı aşkar edilib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Qeyd olunub ki, yoluxanların ikisi Braziliyadan təyyarə ilə ölkəyə gəlib. Üçüncü yoluxmuş şəxsin səyahətçilərlə əlaqəsi olmayıb, onun necə yoluxduğu araşdırılır.

Şotlandiyada da üç yoluxma hadisəsi qeydə alınıb.

Xatırladaq ki, Braziliyada koronavirusun yeni mutasiyası ötən ilin dekabr ayında aşkarlanıb və iki növü mövcuddur./Publika.az 

Rubrikanın digər xəbərləri

Xəbər lenti