Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

“Bişirib ailəmə yedizdirdim” - Qonşusundakı qadını öldürüb ürəyini çıxaran qatilin DƏHŞƏTLİ ETİRAFLARI -

Dünya | 287 | 16:34 • 28 Fevral 2021
“Bişirib ailəmə yedizdirdim” - Qonşusundakı qadını öldürüb ürəyini çıxaran qatilin DƏHŞƏTLİ ETİRAFLARI -

ABŞ-da 3 nəfəri öldürməkdə günahlandırılan Laurense Paul Anderson qonşusunu öldürdüyünü, onun ürəyini bişirib ailəsinə yedizdirdiyini etiraf edib.

Tarix boyu serial qatillərin qorxunc hekayələrini dinlədik. Şəxsən şahidi olmadığımız üçün son dərəcə məntiqsiz görünən bu hadisələrin xüsusilə bu gün baş verə biləcəyini təsəvvür etmək də çox çətindir. ABŞ-da baş verən hadisə isə hələ də belə qatillərin var olmasının sübutudur.

ABŞ-da yaşayan 42 yaşlı Laurense Paul Anderson qonşusunu öldürdüyünü və ürəyini bişirib ailəsinə yedirtdiyini etiraf edib.

XəzərXəbər musavat.com-a istinadən dünya gündəmini zəbt edən bu dəhşətli hadisənin təfərrüatlarını təqdim edir:

ABŞ-ın Oklahomaa əyalətinə bağlı Chikasha şəhərində yaşayan Laurense Paul Anderson 3 nəfəri öldürməklə ittiham edilir. Anderson qonşuları 41 yaşlı Andrea Lynn Blankenship adlı qadını, onun 67 yaşlı əmisi Leon Pye və Pyenin 4 yaşlı nəvəsi Kaeos Yatesi öldürüb. Bundan əlavə Anderson 67 yaşlı kişinin həyat yoldaşını da yaralayıb. O, Delsie Pye adlı qadını hər iki gözündən bıçaqlayıb.

Bu qorxunc hadisə fevral ayının 12-si baş verib. Hadisədən sonra həbs edilən Anderson törətdiyi cinayətlərlə bağlı etiraflar edib. O, Andrea Lynn Blankenshipi öldürdükdən sonra ürəyini yerindən çıxardığını deyib. Ən qorxunc olanı isə qadının ürəyini çıxardıqdan sonra bişirib ailəsinə yedizdirməsidir.

Bölgənin prokuroru Jason Hicks Andersonu 3 ədəd birinci dərəcəli, 2 ağır yaralama və ölümcül silahla yaralamaya görə mühakimə edib.

Bu dəhşətli cinayətlərə görə iki gün öncə mühakimə olunan Andersonun məhkəmə zamanı ağlayaraq hakimdən cəzasınının azaldılmasını istəməsi də müzakirələrə səbəb olub.

Qeyd edək ki bu, Andersonun ilk cinayəti də deyil.

Anderson 2006-cı ildə sevgilisinə təcavüz etdiyi və narkotik saxladığı üçün həbs olunub. Ancaq 2 ildən az bir müddətdə sərbəst buraxılıb. Daha sonra, 2012-ci ildə ibtidai məktəbin yaxınlığında narkotik satdığı üçün 15 il həbs cəzasına məhkum edilmiş Anderson 2017-ci ildə amnistiyaya düşərək sərbəst buraxılıb. Ardınca bir qadına silahla hədə-qorxu gələn Anderson ən son 2021-ci ilin yanvar ayında sərbəst buraxılıb.

Hazırda bütün bunların ortaya çıxması və Andersonun layiq olduğu cəzanı ala bilməməsi ABŞ-da gündəmə gəlib və sərt reaksiyalara səbəb olub.

Çox oxunanlar

Bu gün hava necə olacaq?
34 | 09:05 • 13 Aprel 2021