Xəzər Xəbər

Putin mühüm qanunu təsdiqlədi - 30 gün ərzində...

Dünya | 13:19 • 28 Fevral 2021
Putin mühüm qanunu təsdiqlədi - 30 gün ərzində...

Rusiya Prezidenti Vladimir Putin polisə müqavimət göstərənlərin cəzalarını artıran qanunu təsdiq edib.

Bu barədə TASS agentliyi xəbər verir.

Yeni qanun çərçivəsində, ölkə daxilində icazəsiz etiraz aksiyalarına qatılanların cəzaları ictimai asayişi pozmaq və təhlükəsizlik qüvvələrinə müqavimət göstərmək səbəbi ilə artırılıb. Əvvəl belə əməl törədən şəxsə 5 min rubl cərimə yazılırdısa, indi bu rəqəm 20 min rubla qədər artırılıb.

Bundan əlavə, cinayətin səviyyəsinə görə 30 gün inzibati həbs və ya 200 saatadək ictimai işlərə cəlb olunması cəzaları da tətbiq oluna bilər.

Qeyd edək ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbs olunmasından sonra baş verən etirazlarda çoxlu sayda nümayişçi və polis xəsarət alıb, saxlanılanlar olub./ Redaktor.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti