Bakı 11 ℃
Xəzər Xəbər
USD 1.7

Alimlər Yerin rəqəmsal oxşarını yaradacaq

Dünya | 110 | 09:37 • 27 Fevral 2021
Alimlər Yerin rəqəmsal oxşarını yaradacaq

Yer sistemini gələcəkdə modelləşdirmək məqsədilə yaradılmış planetimizin rəqəmsal oxşarı ekstremal hallara daha yaxşı hazırlaşmaq istiqamətində müvafiq tədbirlərin görülməsini, ölkələrin siyasətini müəyyənləşdirən şəxslərin dəstəklənməsini nəzərdə tutur.

Avropa alimlərinin və “ETH Zurich” kompüter mütəxəssislərinin hazırladığı yeni strateji sənəddə buna necə nail olmağın üsulları göstərilir.

Müşahidə məlumatları Yerin rəqəmsal modelinin təkamül prosesini izləmək və gələcəkdə baş verə biləcək dəyişikliklərin trayektoriyasını proqnozlaşdırmaq məqsədilə oxşar rəqəmsala daxil ediləcək. Adətən sözügedən müşahidələrin nəticələri havanın və iqlimin modelləşdirilməsində istifadə olunur. Lakin tədqiqatçılar insanın müvafiq fəaliyyətinin yeni məlumatlarını da müşahidələrə əlavə olaraq modelə daxil etmək niyyətindədirlər. Yer sisteminin yeni modeli insanın planetin səthindəki demək olar ki, bütün proseslərə, o cümlədən su mənbələrinə, qida və enerjinin, həmçinin fiziki sistemdəki proseslərin idarə olunmasına təsirini də maksimum real şəkildə əks etdirəcək.

Hazırladığı ssenariləri özü testdən keçirən bu sistem məlumat xidmətləri üçün nəzərdə tutulub. Sistem davamlı inkişaf nümayiş etdirir və siyasi qurumları daha yaxşı məlumatlandırır.

Oxşar rəqəmsal sistem habelə şirin su və qida məhsullarının və ya külək və günəş elektrik stansiyalarının strateji planlaşdırılması üçün də istifadə ediləcək.

Tədqiqatçıların fikrincə, bu baxımdan 1940-cı illərdən bəri davam edən hava şəraitinin sabit inkişafı da nəzərə alınmalıdır. Dünyanın ən böyük kompüterlərində fiziki proseslərin modelləşdirilməsinə ilk olaraq meteoroloqlar başlayıblar. İndiki hava və iqlim modelləri superkompüterlərdən və çoxsaylı digər elmi fənlərdən daha səmərəli yeni istifadə üsullarını müəyyənləşdirmək üçün çox idealdır.

Çox oxunanlar