Bakı 4 ℃
Xəzər Xəbər
USD 1.7

Meksikada dəhşət: 19 nəfər öldürüldükdən sonra yandırıldı

Dünya | 140 | 10:03 • 24 Yanvar 2021
Meksikada dəhşət: 19 nəfər öldürüldükdən sonra yandırıldı

Polis əməkdaşları Meksikanın şimal-şərqindəki Tamaulipas və Nuevo-Leon ştatlarının sərhədində 19 nəfərin meyitini yandırılmış halda aşkar ediblər.


Bu barədə "Milenio” qəzeti xəbər yayıb.


İlkin məlumatlara görə, cəsədləri tapılan şəxslər iki cinayətkar dəstə arasındakı qarşıdurmanın qurbanlarıdır. Prokurorlar hadisə ilə bağlı araşdırma aparır.


Qeyd edək ki, 2020-ci ildə Meksikada 34 500 qəsdən adam öldürmə cinayəti törədilib./report

Çox oxunanlar