Bakı 15 ℃
Xəzər Xəbər
USD 1.7

Çilidəki güclü zəlzələ - Antarktikadan 160-dan çox insan təxliyə edildi

Dünya | 179 | 09:56 • 24 Yanvar 2021
Çilidəki güclü zəlzələ -

Güclü zəlzələdən sonra yarana biləcək sunami təhlükəsi ilə bağlı Çilinin Antarktika Bölgəsində yerləşən bazalardan 160-dan çox insan təxliyə edilib.


Bu barədə məlumat Çilinin Milli Fövqəladə Hallar İdarəsinin tvitter səhifəsində yer alıb.


Qeyd olunub ki, 7 bal gücündə zəlzələdən sonra Frey bazasından 80, O'Hiqqins bazasından 40, Fildes bazasından 10, Prat bazasından 31 nəfər təxliyə olunub.


İdarənin məlumatına görə, evakuasiya Fildes bazasına bitişik beş xarici bazadan da həyata keçirilib./report

Çox oxunanlar

Bu gün hava necə olacaq?
56 | 09:05 • 13 Aprel 2021